TIR sərnişin avtobusu ilə toqquşdu: Yaralı var FOTO | Icma.az
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Yevlaxda sərnişin avtobusu TIR-a çırpılıb.
"Cebheinfo.az" xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Yevlax rayonundan keçən hissəsində qeydə alınıb.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, bu gün saat 10:50-də Bakı-Qazax magistral yolunun 285-ci kilometrliyində, Yevlax şəhəri ərazisində "SCANIA" markalı, 90-JY-168 dövlət qeydiyyat nişanlı yük avtomobili eyni istiqamətdə hərəkətdə olan "Mercedes-Benz" markalı, 99-XA-830 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.
Məlumata görə, avtobusda olan sərnişinlərdən bir nəfər xəsarət alıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az" Bizi Telegramda izləyin Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu