Tiranada Baş nazirin ofisinə Molotov kokteyli hücumu FOTOLAR

11.02.2026

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Albaniyanın paytaxtı Tiranada əsas müxalifət partiyası tərəfindən təşkil edilən hökumət əleyhinə nümayişlər zamanı Baş nazirin ofisinə Molotov kokteyli və tüstü bombaları ilə hücum edilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, əsas müxalifət partiyası olan Demokrat Partiyasının (PD) çağırışı ilə Tiranada toplaşan minlərlə nümayişçi, ölkədə korrupsiyanın geniş yayıldığını iddia edərək Baş nazirin ofisinin qarşısında etiraz aksiyası keçirib.

Edi Ramanın istefasını tələb edən nümayişçilər Baş nazirin ofisinə Molotov kokteyli, tüstü bombası və digər əşyalar atıblar.

Polis buna göz yaşardıcı qaz və su şırnaqları ilə cavab verib.

Nümayişçilər həmçinin Parlament binasının qarşısında polis qüvvələri ilə toqquşublar.

Bir neçə saat davam edən nümayiş zamanı yaralananlar olub.

Nümayişçilər həmçinin 19 noyabrda korrupsiya ittihamları ilə vəzifəsindən azad edilən və daha sonra bərpa edilən Baş nazirin müavini və infrastruktur və energetika naziri Belinda Ballukunun istefasını tələb ediblər.

Nümayişə üçün yüzlərlə polis əməkdaşı cəlb edilib və bu müddət ərzində Tiranada bir çox yol nəqliyyatın hərəkəti üçün bağlanıb. Qeyd edək ki, müxalifət partiyaları nümayişlərin davam edəcəyini açıqlayıblar.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью