“TIR”larla bağlı məsələ qısa zamanda həll olunacaq” Gürcüstandakı səfirliyimiz

26.11.2025

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Batumi və Tbilisi gömrük-keçid məntəqələrində 20 gündən artıqdır saxlanılan Azərbaycan yük avtomobilləri (TIR) ilə bağlı məsələ qısa zamanda həll olunacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Report”a Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, bu gün səfirliyin əməkdaşları Gürcüstanın müvafiq qurumlarının nümayəndələri ilə görüş keçiriblər və danışıqlar çərçivəsində qarşı tərəf məsələnin qısa zamanda həll olunacağına söz verib.

Xatırladaq ki, tütün məmulatları daşıyan Azərbaycana məxsus yük maşınları bir müddət əvvəl Gürcüstan sərhəd-keçid məntəqəsində heç bir səbəb göstərilmədən saxlanılmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью