Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
NASA 2028-ci ilin iyulunda Titana "Dragonfly", yəni “Cırcırama” adlı yeni kosmik aparat göndərməyə hazırlaşır. Titan - Günəş sistemində Yerə həm bənzəyən, həm də tamamilə fərqli kimyəvi quruluşa malik qeyri-adi bir dünyadır. Onun əsasən azotdan ibarət sıx atmosferi var. Yerdəki kimi Tiranda da maye dövranı var, amma orada dövr edən su yox, soyuqdan maye halına düşmüş metan qazıdır. Orada metandan buludlar əmələ gəlir, yağış yağır, çaylar axır...
Amma ən vacibi, Titanda buz qatının altında su okeanı var. Və tamamilə mümkündür ki, həmin okeanda həyatın prebiotik əsası da olsun. Müasir elmi təsəvvürə görə, həyatın yaranması üçün əvvəlcə amin turşuları və nukleinlər yaranmalıdır. Dragonfly Titanda bunları axtaracaq.
“Dragonfly” 875 kq. ağırlığında 8 pərli drondur. Titanın atmosferi yerdəkindən 4 dəfə sıx, cazibə qüvvəsi 7 dəfə zəif olduğundan, hər rotorda 2 pərin olması uçmağa tamamilə bəs edəcək. Aparat 3,3 il ərzində 20-30 fərqli məntəqəyə uçaraq, ümumilikdə 115 km-dən çox məsafə qət edəcək.
İndi isə keçək mətləbə.
Aparatın göyərtəsində xüsusi bir mikroçip adları yazmaq üçün nəzərdə tutulub.
Qeydiyyat bitəndən sonra NASA və Johns Hopkins Tətbiqi Fizika Laboratoriyasının mühəndisləri elektron şüa ilə milyonlarla adı insan saçından min dəfələrlə incə hərflərlə dırnaq boyda silisium çipə həkk edəcəklər. “Dragonfly” missiyası bitəndən sonra Yerə qayıtmayacaq və əbədi heykəl kimi donaraq Titanın səthində qalacaq. Titanın atmosferində oksigen olmadığı üçün metal paslanmır. Buna görə də aparat milyon illərlə dəyişmədən qala bilər. Sizin adınız da onunla birlikdə!
Adınızı aparatın yaddaşına yazdırmaq üçün NASA-nın xüsusi səhifəsində qeydiyyatdan keçmək lazımdır. Sadəcə nəzərə alın ki, qeydiyyat yanvarın 15-də başa çatır.
Məgər istəmirsinizmi ki, sizin adınızı uzaq Titanın buz səhrasında görsünlər, alqışlasınlar?!
Vüsal Məmmədov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Amma ən vacibi, Titanda buz qatının altında su okeanı var. Və tamamilə mümkündür ki, həmin okeanda həyatın prebiotik əsası da olsun. Müasir elmi təsəvvürə görə, həyatın yaranması üçün əvvəlcə amin turşuları və nukleinlər yaranmalıdır. Dragonfly Titanda bunları axtaracaq.