Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq. “Titanik”in 700-dən çox sərnişinini xilas edən “Karpatiya” gəmisinin kapitanı Artur Henri
Yeniavaz.com xəbər verir ki, bu barədə BBC telekanalı “Henry Aldridge and Son” hərrac evinə istinadla məlumat yayıb.
Məlumata görə, 18 karatlıq qızıldan hazırlanmış “Tiffany” saatı Rostrona 1912-ci ildə xilas etdiyi “Titanik”in sağ qalan sərnişinləri tərəfindən hədiyyə edilib.
Söhbət gəmi qəzası nəticəsində dünyasını dəyişən iş adamları Con Ceykob Astor, Con Teyer və Corc Uaydenerin dul arvadlarından gedir.
Saatın üzərində “Kapitan Rostrona ürəkdən təşəkkür və minnətdarlıq hissi ilə hədiyyə olundu” yazısı həkk olunub.
Saat Rostrona Astorların Nyu-Yorkdakı malikanəsində təqdim edilib. Saat ABŞ-dən şəxsi bir kolleksiyaçı tərəfindən alınıb.
BBC-nin məlumatına görə, bu, “Titanik”lə əlaqəli bir əşya üçün indiyə qədər ödənilmiş ən yüksək qiymətdir.
Əvvəlki rekord aprel ayında “Henry Aldridge and Son” hərrac evində Astorun qızıl cib saatı 1,2 milyon funta satıldığı zaman qeydə alınıb.