Titanikin kapitanının cib saatı rekord qiymətə satıldı

18.11.2024

Icma.az bildirir, Kulis.az portalına istinadən.

"Titanik"dən 700 sərnişini xilas edən kapitan Artur Henri Rostrona hədiyyə edilən qızıl cib saatı hərracda rekord qırıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, saat 1,8 milyon avroya (1,56 milyon funt-sterlinq) satılıb.

Saatı hərraca çıxaran şəxsi kolleksiyaçılar bu məbləğin "Titanik"dən qalan xatirə əşyaları üçün ən çox ödənilən pul olduğunu bildiriblər.

Qeyd edək ki, 18 karatlıq “Tiffany & Co” saatını kapitana fəlakətdə ölən üç varlı adamın dul arvadları hədiyyə edib.

"Dyuna" filminin üçüncü hissəsi çəkiləcək "Artıq orqazm olmamaq üçün çəkilişlərə ara verməli oldum" - Aktrisadan etiraf Sabir Rüstəmxanlı: "Bütün dostlar Bakıdadır, gəlməyənlər özləri bilər..."
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью