“Titanik”in sərnişinin üzüyü hərracda SATILDI

23.11.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

“Titanik” gəmisi batarkən sərnişinlərdən birinin barmağında olan brilyant üzük Böyük Britaniyada keçirilən hərracda satılıb.

Redaktor.az xəbər verir ki, bu haqda “Metro” nəşri məlumat yayıb.

 Zinyət əşyası 1912-ci il aprelin 15-də baş vermiş fəlakətdən sağ qurtulan britaniyalı aristokrat Lüsi Daf-Qordona məxsus olub. İlkin qiymətləndirmə təxminən 80 000 funt-sterlinq olsa da, üzük 150 000 funt-sterlinqə satılıb.

Məlumata görə, Lüsi həyat yoldaşı ser Kosmo Daff-Qordonla birlikdə birinci sinifdə səyahət edirmiş. Layner aysberqə çırpılıb batmağa başlayanda cütlük 1 nömrəli xilasedici qayığa minə bilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью