Titullarımızın sayını artırmaq istəyirik Qurban Qurbanov

23.04.2025

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçında "Araz-Naxçıvan"ı darmadağın edərək (3:0) finala yüksələn "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, belə danışıb:

"Futbolçularımı təbrik edirəm. Bir qədər gərginlik və yorğunluq var idi. Amma təmkinli mübarizə apararaq qələbə qazandılar. Rəqib topsuz olduğu epizodlarda inamlı görünürdü. Kubok oyunları çempionat matçlarından dərqli keçir. İki fərqli hissə izləməyimizə gəlincə, belə şeylərə hazır olmalıyıq. Finalda qələbə üçün alışıb yanan rəqiblə üz-üzə gələcəyik. Turnir cədvəlindəki vəziyyəti nəzərə alsaq, finalda bizi sərt müqavimət gözləyir. Hər iki komandanın rəhbərliyi futbola sərmayyə qoyur, bazaar inşa edirlər. Bizim də öz hədəflərimiz var. Titullarımızın sayını artırmaq istəyirik".

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью