Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Əksər təşkilatlar əməkdaşların nəqliyyat tıxaclarına görə işə gecikməsini üzrlü səbəb hesab etmir.
Avtosfer.az xəbər verir ki, bunu Rusiya Prezidenti Akademiyasının Əmək hüququ kafedrasının əmnəkdaşı Tatyana Qolubeva bildirib.
Hüquqşünasın fikrincə, əslində tıxac işə gecikmək üçün üzrlü səbəb deyil. İşçi vaxtı elə planlamalıdır ki, iş saatının əvvəlində müəssisədə ola bilsin.
Bununla belə, Qolubeva bidlirir ki, hər bir tıxac və gecikməyə fərdi yanaşma zəruridir. İnsan iradəsindən asılı olmayan hallar üzrlü səbəbdir. Bura havanın kəskin dəyişməsi, nəqliyyatın işində fasilə, yolların xəbərdarlıqsız bağlanması və alternativ yolların olmaması daxildir.
Əməkdaşın işdən azad edilməsinə gəlincə: hüquqşünas bildirir ki, gecikmnəyə görə tənbeh mümkündür. Bununla belə, işçi yalnız üzrlü səbəb olmadan tam iş günü ərzində işə gəlmədiyi halda onunla əmək müqaviləsinə xitam verilə bilər. Üzrlü səbəblər demək olar hər bir ölkənin əmək qanunvericiliyində göstərilib.
Vüqar
Oxunub 142