“Tıxac problemini yalnız yeni yollar tikməklə həll etmək çətindir” Nəqliyyat eksperti

01.10.2026

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

“Bəzi hallarda yaşayış və ya qeyri-yaşayış obyektləri zəruri yol infrastrukturu nəzərdə tutulmadan inşa edilir. Yalnız tikinti başa çatdıqdan sonra obyektə giriş-çıxışın təşkili və müvafiq yol-nəqliyyat infrastrukturunun yaradılması məsələsi gündəmə gəlir”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov bunu 525.az-a söyləyib. Ekspertin dediyinə görə, yeni binanın yaradacağı nəqliyyat yükü hesablanarkən əhali sıxlığı, avtomobillərin sayı, nəqliyyat axınının intensivliyi, yolların buraxılış qabiliyyəti, parklanma yerləri və ictimai nəqliyyat imkanları birlikdə nəzərə alınmalıdır.

Ekspert tıxac problemini yalnız yeni yollar tikməklə həll etməyin çətin olduğunu düşünür:

“Tikinti artır, yol infrastrukturu isə dəyişmirsə, bir müddət sonra nəqliyyat axını həmin ərazidəki yolların hərəkət imkanını zəiflədir”.

Sevinc Qarayeva 
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью