Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Paytaxtın Xətai rayonu, Babək prospektində qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, tıxacda gözləmək istəməyən 77-QH-892 dövlət nömrə nişanlı “VAZ-2121” (Niva) markalı avtomobilin sürücüsü ayırıcı bordürə çıxaraq əks istiqamətli yola keçməyə çalışıb. Lakin onun cəhdləri uğursuzluqla nəticələnib.
Qeyd edək ki, hadisənin görüntüsü sosial şəbəkədə birmənalı qarşılanmayıb.
Nərmin