Tıxaca səbri çatmayan sürücü velosiped zolağına girdi VİDEO

03.07.2026

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Səbail rayonu, Xaqani küçəsində yol hərəkəti qaydalarını pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 3-də saat 10:39 radələrində qeydə alınıb. Belə ki, A-066-DS dövlət nömrə nişanlı “Fiat” markalı avtomobilin sürücüsü yolda yaranan nəqliyyat sıxlığı zamanı hərəkət zolağını dəyişərək velosiped zolağına daxil olub və həmin zolaqla hərəkətini davam etdirib.

Qeyd edək ki, velosiped zolaqları yalnız bu nəqliyyat vasitələrinin təhlükəsiz və maneəsiz hərəkəti üçün nəzərdə tutulub. Digər nəqliyyat vasitələrinin həmin zolaqlarda hərəkəti yol hərəkəti iştirakçıları üçün əlavə risk yaradır və inzibati məsuliyyətə səbəb olur.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью