Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xırdalanda yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində (Xırdalan dairəsi yaxınlığında) qeydə alınıb.
Belə ki, 01-CR-702 qeydiyyat nişanlı "Nissan" markalı avtomobilin sürücüsü tıxacda qalmamaq üçün qoşa xəttin tələbini pozaraq əks yola çıxıb.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, sürücü İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat məbləğində cərimə oluna bilər.
Fərid