Tıxacda iki sürücü əlbəyaxa oldu VİDEO

02.12.2024

Sonxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tıxacda iki sürücü əlbəyaxa oldu - VİDEO

Bakırköydə iki sürücü arasında baş verən dava cib telefonu kamerasına düşüb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, döyüş şənbə günü günorta saatlarında Bakırköy şosesində, Ankara istiqamətində baş verib.

Eyni istiqamətdə hərəkət edən iki sürücü naməlum səbəbdən mübahisə edib. Müzakirə qısa zamanda davaya çevrildiyindən sürücülərdən biri maşını ilə digər avtomobilin qarşısını kəsib.

Sürücü avtomobilindən düşərək digər sürücünün şüşəsini yumruqlayıb. Avtomobilinin şüşəsi döyülən sürücü bir müddət sonra aşağı düşüb.

Mübahisə edən, bir-birinə təpik və yumruq atan sürücüləri vətəndaşlar müdaxilə edərək ayırıblar.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью