Tıxacda “protiv” sürən sürücü maşını səkiyə çıxardı Baxın sonda nə oldu VİDEO

13.01.2026

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Paytaxtın Binəqədi rayonu, 8-ci kilometr ərazisində qayda pozan sürücü görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə ötən ilin dekabrın 20-də saat 19:30 radələrində qeydə alınıb. Belə ki, 99-KJ-302 dövlət nömrə nişanlı “Tofaş Şahin” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxaraq hərəkət edib.

Videodan göründüyü kimi, tıxacda gözləmək istəməyən sürücü qarşı tərəfdən avtomobilin yaxınlaşdığını gördükdən sonra nəqliyyat vasitəsini sola — piyadalar üçün nəzərdə tutulmuş səkiyə çıxarıb. Bu zaman səkidə hərəkətdə olan piyadalar üçün təhlükəli vəziyyət yaranıb.

Qayda pozuntusunu qeydə alan digər sürücü onun bu davranışına reaksiya verərək avtomobilin hərəkətini əngəlləyib. Nəticədə qayda pozan sürücü sağa manevr edərək yenidən öz zolağına qayıdıb.

Nərmin

Oxunub 218

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью