Tıxacda qalan qadın qəzaya düşən təyyarəyə gecikdi

13.06.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hindistanda tıxacda qaldığına görə uçuşa gecikən Bhumi Çauhan adlı qadın "Air India" şirkətinin qəzaya uğrayan təyyarəsinə minə bilməyib.

Axar.az xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.

"Yalnız bu on dəqiqəyə görə təyyarəyə minə bilmədim. Bunu izah etməyə söz tapa bilmirəm", - o söyləyib.

Qeyd edək ki, iyunun 12-də Hindistanın yaşayış massivində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində azı 310-dan çox insan həlak olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью