Tıxacda qalmaq istəməyən sürücülərdən ağlasığmaz hərəkət VİDEO

17.11.2026

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda yol hərəkəti qaydasını pozan sürücülərin görüntüsü sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 5-də, paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb. Belə ki, 10-EE-214 qeydiyyat nişanlı "Toyota" markalı və 90-FF-202 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüləri sıxlıqda qalmamaq üçün qayda pozuntusuna yol veriblər. Hər iki sürücü xüsusi səs və işıq siqnalı qoşaraq çağırış üzrə hərəkət edən təcili yardım avtomobilinin arxasınca gedərək özlərinə yol açıblar.

Qeyd edək ki, iki zolağın arası hərəkət etmək qanunvericiliklə qadağandır.

Fərid

bax.tvhttps://bax.tv/embed/228912.html

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью