Tıxacın uzunluğu AZALIB

29.09.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Hərəkət iştirakçılarının intensivliyi və nəqliyyat axınının mövcud vəziyyəti nəzərə alınaraq Binəqədi rayonu, Dalğa küçəsindən Binəqədi şosesi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə svetoforların vaxt planında müvafiq dəyişiklik edilib. 

"Cebheinfo.az" xəbər verir ki, bu məqsədlə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları sözügedən yolda təhlillər aparıblar.

Təhlillər zamanı svetoforların vaxt planı dəyişdirilərək faza müddəti 7 saniyə artırılıb. Nəticədə günün pik saatlarında Dalğa küçəsində yaranan nəqliyyat sıxlığının uzunluğu 285 metrdən 180 metrə qədər (təxminən 37 faiz) azalıb.

Qeyd edək ki, Mərkəz tərəfindən paytaxt yollarında nəqliyyat axınının vəziyyəti mütəmadi olaraq təhlil edilir və zərurət yarandıqda svetoforların iş rejimlərinin optimallaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью