Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır. Böyük şəhərlərdə, xüsusilə də Bakı kimi metropolislərdə tıxac problemi demək olar
Səhər saatlarında işə, axşam saatlarında isə evə tələsən insanlar uzun müddət hərəkətsiz yolda qalmaq məcburiyyətində qalırlar.
Bu cür hallarda yaranan gecikmələr təkcə fiziki olaraq bir nöqtədən digərinə çatmağın uzanması deyil, eyni zamanda insanların gündəlik fəaliyyətlərinə, əhval-ruhiyyəsinə və ümumi psixoloji vəziyyətinə ciddi təsir göstərir.
Uzun müddət tıxacda qalmaq insanlarda aqressivlik, səbirsizlik, əsəb pozuntuları kimi hallar yarada bilər.
Davamlı avtomobil səsi, siqnallar və yolda vaxt itkisi insanların gün ərzindəki enerjisini azaldır, diqqət dağınıqlığına və ümumi yorğunluğa səbəb olur.
Üstəlik, tıxac səbəbindən işə gecikən və ya planlarını həyata keçirə bilməyən insanlar özlərini gün boyu narahat hiss edə bilirlər.
Tıxacda saatlarla vaxt keçirmək insanın psixologiyasına necə təsir edir?
Bu vəziyyət yalnız yol itkisi deyil, həm də stress və yorğunluq yaradırmı?