Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
"Tıxaclar ətraf mühitə də ciddi zərər vurur. Avtomobillərin uzun müddət işlək vəziyyətdə qalması atmosferə karbon qazı, azot oksidləri və digər zərərli maddələrin daha çox buraxılmasına səbəb olur. Havanın çirklənməsi insanların sağlamlığına mənfi təsir göstərir, tənəffüs və ürək-damar xəstəliklərinin artmasına səbəb olur. Bunun nəticəsində səhiyyə xərcləri artır, əmək qabiliyyəti azalır və iqtisadi itkilər daha da böyüyür".
Bunu 525.az-a iqtisadçı eskpert Akif Nəsirli deyib. Ekspertin sözlərinə görə, tıxacların iqtisadi zərərini minimuma endirmək üçün ilk növbədə müasir və rahat ictimai nəqliyyat sistemi inkişaf etdirilməlidir:
"Metro, avtobus və şəhərətrafı qatar şəbəkələrinin genişləndirilməsi, marşrutların optimallaşdırılması və hərəkət intervalının azaldılması şəxsi avtomobildən istifadəyə olan ehtiyacı azalda bilər. İctimai nəqliyyatın sürətli, təhlükəsiz və rahat olması insanların seçimlərinə birbaşa təsir göstərir”.
Sevinc Qarayeva