“TNS ilə cavab oyunu asan olmayacaq” Əsədov

08.07.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Sabah” Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda TNS-i (Uels) məğlub edib – 2:0.

Millinin sabiq məşqçisi Arif Əsədov “Futbolpress.az“a açıqlamasında matçı dəyərləndirdi:

“2:0 hesablı qələbə qənaətbəxşdir. Oyun asan keçmədi, amma ümumi baxanda, diqtə edən tərəf “Sabah” oldu. Buna baxmayaraq, TNS də çalışırdı ki, boşluqlar verməsin. İlk hissədə ələ düşən şanslar dəyərləndirilmədi. Buna görə “Sabah” tələsir, TNS vaxt qazanırdı. Düzdür, yekunda hesab yaxşı oldu, ancaq cavab oyunu asan olmayacaq. Uzun səfərdir və matç süni örtüklü meydançada keçiriləcək. Uels komandası standart vəziyyətlərdən və havadan atılan toplarından təhlükəli ola bilir. Buna görə cavab görüşünün asan olmayacağını düşünürəm”.

Mütəxəssis “Sabah”ın avrokubok perspektivinə toxundu:

“Komanda pis təsir bağışlamadı. Dambrauskas ötən mövsümün heyətinə güvəndi. Komanda toplanışdan yeni qayıdıb və buna görə tam hazır olmağı mümkün deyil. Məncə, bu oyunlarını artırsalar, azından Konfrans Liqasında qruplarda oynaya bilərlər”.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью