TNS nin hücumçusu Sabah a qarşı matç haqda: Ümidimizi itirməmişik

08.07.2026

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

TNS-in(Uels) yeni hücumçusu Ris Hyuz Çempionlar Liqasının təsnifat mərhələsinin “Sabah”a(2:0) qarşı keçirilmiş ilk oyunu haqda danışıb.

Sportal.az saytına açıqlama verən Ris evdəki görüşdən gözləntisinin yüksək olduğunu bildirib:

"Ən yaxşı oyunumuzu oynaya bilmədik. Rəqib meydanda dominantlıq edirdi və daha çox müdafiə olunmalı idik. İlk hissədə qol buraxmadıq və ikinci hissədə də eyni şeyi edə bilərdik. Əlbəttə ki, hesab məyusedicidir, amma ümidimizi itirməmişik. Cavab oyununda rəqibimizi təəccübləndirməyə çalışacağıq. Baxmayaraq ki, "Sabah"a hörmət etməliyik. Onlar yaxşı oyunçu seçimi olan güclü komandadır. Amma evdə daha yaxşı oynamalıyıq".

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью