Todd Blanş bir səslə vəzifə sahibi oldu

08.08.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Konqresinin Senatı Todd Blanşın ölkənin baş prokuroru və Ədliyyə Nazirliyinin rəhbəri postuna təyinatını minimum səs çoxluğu ilə təsdiqləyib.

Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.

Bildirilib ki, respublikaçıların çoxluq təşkil etdiyi Senat Blanşın namizədliyini 49-a qarşı 50 səslə qəbul edib.

Qeyd olunub ki, sosial şəbəkə hesabında etdiyi paylaşımında Blanş Prezident Donald Trampın ona göstərdiyi etimaddan böyük şərəf duyduğunu bildirib və namizədliyinin təsdiqi üçün gecəyarısına qədər işləyən senatorlara minnətdarlığını ifadə edib.

Məlumata görə, səsvermə prosesi namizədin təsdiqi uğrunda gərgin mübarizə ilə müşayiət olunub. Bu mübarizə istər respublikaçılar, istərsə də demokratlar arasında tarixən Ağ Evdən müstəqilliyi ilə seçilən Ədliyyə Nazirliyinin rəhbərliyinə Trampın yaxın adamının gətirilməsi ilə bağlı ciddi narahatlıqları üzə çıxarıb.

T.Blanş aprel ayından etibarən baş prokuror vəzifəsini icra edirdi, iyun ayında isə prezident Donald Tramp onu bu vəzifəyə daimi əsasda təyin etmək qərarına gəlib. Əvvəlcə onun namizədliyi hətta respublikaçılar arasında belə müqavimətlə qarşılanmışdı. Blanş Trampın yaxın müttəfiqi hesab olunur. O, məhkəmədə həm prezidentin, həm də onun tərəfdarlarının maraqlarını müdafiə edib. Respublikaçılar onun təyinatı ilə bağlı narahatlıqlarını ifadə edirdilər.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью