Todibo Yuventus a keçə bilər

24.01.2025

Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Vest Hem"in mərkəz müdafiəçisi Jan-Kler Todibo "Yuventus"un transfer hədəfinə çevrilib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Sky Sports" istinadən xəbər verir ki, Todibo "Vest Hem"i tərk etmək qərarına gəlib.

"Yuventus" 25 yaşlı futbolçunu icarəyə götürmək istəyir.

Jan-Kler Todibo Premyer Liqanın cari mövsümündə London komandasının heyətində 15 oyun keçirib.

"Barselona"nın keçmiş müdafiəçisinin "Transfermarkt" portalında təxmini dəyəri 32 milyon avrodur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью