Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Qarabağ” klubu sabah UEFA Çempionlar Liqasının ümumi turu çərçivəsində İngiltərənin “Çelsi” klubu ilə qarşılaşacaq.
İdman.Biz bildirir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
İlk üç oyundan sonra Ağdam klubu 6 xala malikdir.
Səfərdə “Benfika”ya 3:2 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri ikinci oyunda Bakıda “Kopenhagen”dən üstün olublar – 2:0. Üçüncü oyunda “Qarabağ” Bilbaoda yerli “Atletik”ə məğlub olub – 1:3.
“Çelsi”nin də üç oyundan sonra 6 xalı var.