Tofiq Bəhramovun 100 illiyi münasibətilə yubiley matçı keçirilib

30.01.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın əfsanəvi futbol hakimi Tofiq Bəhramovun 100 illiyi münasibətilə yubiley matçı təşkil edilib.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.

Oyunda futbol veteranları və idman jurnalistləri üz-üzə gəliblər.

Görüşdən əvvəl Dövlət Himni səsləndirilib. Daha sonra mərhum hakimin və Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Matç futbol veteranlarının 8:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью