Tofiq Əliyev dünya çempionatı öncəsi hədəfini açıqladı: “Yaxşı hazırlaşmışıq” VİDEO

29.10.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tamblinq üzrə Azərbaycan millisinin üzvü Tofiq Əliyev dünya çempionatı öncəsi hədəflərindən danışıb.

İdman.Biz xəbər verir ki, gimnast bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Sabah dünya çempionatı üçün Çinə yola düşürük. Hədəfimizə çatmaq üçün yaxşı hazırlıq keçmişik. Artıq yarışmaq və əlimizdən gələni göstərmək vaxtıdır. Çıxış etmək üçün səbirsizlənirəm!”, – deyə Tofiq Əliyev bildirib.

Qeyd edək ki, batut və tamblinq üzrə dünya çempionatı Çinin Nankin şəhərində baş tutacaq. Noyabrın 4-dən 8-dək keçiriləcək dünya çempionatında 34 ölkədən 360-dan çox idmançı medallar uğrunda mübarizə aparacaqlar.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью