Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı oldu

07.11.2026

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan millisinin üzvü Tofiq Əliyev Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıb.

Moderator.az xəbər verir ki, tamblinq üzrə fərdi proqramda mübarizə aparan idmançı final mərhələsində 29.700 xal toplayaraq ikinci yeri tutub.

Bu, Tofiq Əliyevin karyerasında fərdi proqram üzrə dünya çempionatında qazandığı ilk gümüş medaldır.

Finalda Portuqaliya təmsilçisi Vasko Peso qızıl, ABŞ gimnastı Kaden Braun isə bürünc medala sahib olub.

Qeyd edək ki, bu nəticə ilə Azərbaycan təmsilçilərinin tamblinq üzrə dünya çempionatında çıxışları başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью