Yenigundem saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun oğlu Mir Heydər İsmayılov cinayət məsuliyyətinə cəlb edilib.
Mir Heydər İsmayılov iki nəfərin 810 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməktə ittiham edilir.
İş üzrə iki nəfər-Məhərrəm Səfərov və Hacı Əsgərov zərərçəkmiş qismində tanınıb.
İttihama görə, Mir Heydər onlara Bakıda asan yolla torpaq almağa kömək edəcəyi ilə bağlı yalan vəd verib.
Zərərçəkmişlər isə aldanıldıqlarını bildikdən sonra polisə şikayət ediblər.
Akademikin oğlu xüsusilə külli miqdarda dələduzluq etmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib, Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bir neçə gün əvvəl isə Mir Heydər eyni məhkəmənin hakimi Günel Səmədovanın qərarı ilə ev dustaqlığına buraxılıb.