Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. "Bakıda iki gün ərzində 4 məşq keçirdik.
Vaxt az olsa da, məşqçinin dediklərini yerinə yetirməyə çalışdıq".
Sport24.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Tofiq Mikayılov deyib.
O, Avropa çempionatının əsas mərhələsinin Xorvatiya ilə sabah keçiriləcək görüşünə hazırlıq barədə fikirlərini azfutzal.az-a açıqlayıb: "Dünən isə oyunun keçiriləcəyi arenada ilk hazırlığımızı reallaşdırdıq.
Bugünkü məşqlə matça hazırlığı yekunlaşdıracağıq. Təbii ki, bu müddət ərzində daha çox taktiki planda tapşırıqları yerinə yetirdik.
Qalır bunları oyunda tətbiq etmək". Mikayılov rəqib haqda da danışıb: "Rəqibimizə gəldikdə, Xorvatiya millisinin gücü hər kəsə məlumdur.
Müdafiədə və hücumda kompakt oynayırlar. Texniki baxımdan da heyət üzvləri seçilir.
Sonuncu dünya çempionatının final mərhələsində də iştirak ediblər.