Tofiq Musayev Bakıda keçiriləcək UFC gecəsində döyüşəcək

23.05.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İyunun 21-də Bakıda keçiriləcək UFC gecəsində daha bir azərbaycanlı qaydasız döyüçünün iştirakı dəqiqləşib.

İdman.biz xəbər verir ki, Tofiq Musayev doğma publika önündə çıxış edəcək.

O, Rafael Fiziev və Nazim Sadıqovdan sonra Azərbaycanı UFC-də təmsil edəcək 3-cü döyüşçü olub.

Hələlik onun rəqibinin kim olması barədə məlumat verilməyib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью