Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Azərbaycanlı UFC döyüşçüsü Tofiq Musayev Bakıda keçirilən "UFC Fight Night Baku" turniri və qarşıdakı döyüşünə hazırlıq prosesi ilə bağlı fikirlərini bölüşüb.
Təcrübəli idmançı turnirdə çıxış edən azərbaycanlı döyüşçülər - Tahir Abdullayev, Fərman Həsənov, Nazim Sadıxov və Rafael Fiziyev barədə danışıb.
Tofiq Musayev ölkəni beynəlxalq arenada layiqincə təmsil edən bütün idmançılarla qürur duyduğunu bildirib: “Kim ölkənin bayrağını namusla, vicdanla qaldırırsa, onunla qürur duyuram. Hər bir döyüşçüyə karyerasında uğurlar arzulayıram”, - deyə o apasport.az-a açıqlamasında söyləyib.
Təmsilçimiz qarşıdakı döyüşünə hazırlığın plan üzrə davam etdiyini də vurğulayıb:
“Hazırlıq yaxşı gedir, şükür Allaha. İnşallah, çəkdiyimiz əziyyət yerdə qalmaz”.
Qeyd edək ki, Tofiq Musayev UFC-də növbətinə döyüşünə avqust ayının 1-də çıxacaq. İdmançı çilili İqnasio Bahamondes ilə qarşılaşacaq.