Tofiq Musayev dünyanın ən güclüləri sırasında SİYAHI

04.08.2026

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Məşhur UFC döyüşçümüz Tofiq Musayev yüngül çəki dərəcəsi üzrə yenilənmiş "Meta" reytinqində əhəmiyyətli irəliləyişə nail olub.

Moderator.az xəbər verir ki, 36 yaşlı idmançımız hazırda siyahıda 14-cü pillənin sahibidir.

İdmançımızın reytinqdəki bu sıçrayışına "UFC Belgrade" turniri çərçivəsində Ludovit Kleyn üzərində texniki nokautla qazandığı qələbə birbaşa təsir göstərib.

Bununla da döyüşçümüz UFC karyerasında ardıcıl ikinci qələbəsini rəsmiləşdirib.

Qeyd edək ki, Musayev bundan əvvəlki döyüşündə İqnasio Bahamondesi hakimlərin yekdil qərarı ilə üstələməyi bacarmışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью