Tofiq Musayev: Kiminləsə döyüşdən imtinanı özümə yaraşdırmıram

18.06.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Orolbay ilə döyüşmək istəməməyimlə bağlı deyilənlər yalandır. Mənim karyeramda elə bir şey olmayıb ki, kiminləsə döyüşdən imtina edim".

Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev Bakıda keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Azərbaycanlı idmançı qeyd edib ki, o, kiminləsə döyüşdən imtinanı özünə yaraşdırmır.

Qeyd edək ki, Tofiq Musayev iyunun 21-də "UFC Baku Fight Night"da debüt edəcək. 35 yaşlı idmançımız "Bakı Kristal Zalı"nda keçirilən UFC gecəsində qırğızıstanlı Mıktıbek Orolbay ilə qarşılaşacaq.

Təhməz Əsədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью