Tofiq Musayev UFC ilə MÜQAVİLƏ BAĞLAYIB

30.04.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev UFC (Ultimate Fighting Championship - Mütləq Döyüş Çempionatı) ilə rəsmi müqavilə bağlayıb.

İdmançı sözügedən məlumatı Oxu.Az-a təsdiqləyib.

Döyüşçümüzün iyunun 21-də "UFC Baku Fight Night"da debüt edib-etməyəcəyi dəqiq bilinmir. Ancaq hər bir halda, 35 yaşlı idmançı UFC-yə hazırlaşmaq üçün ötən gecə Tailanda uçub.

Qeyd edək ki, "UFC Fight Night" iyulun 21-də "Bakı Kristal Zalı"nda baş tutacaq.

Məhərrəm Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью