Tofiq Musayev yeni turnirdə döyüşəcək KONKRET

20.01.2025

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev yeni turnirdə iştirak edəcək.

KONKRET.az xəbər verir ki, 35 yaşlı idmançı bu barədə rəsmi X hesabında paylaşım edib.

O bildirib ki, “Global Fight League”də mübarizə aparacaq.

Qeyd edək ki, Tofiq Musayev son olaraq “Rizin” Döyüş Federasiyasında mübarizə aparıb. O, dekabrın 31-də Yaponiyadakı “Saitama Super Arena”da braziliyalı rəqibi Roberto Satoşi Souzaya uduzub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью