Tofiq Musayevdən UFC də ikinci qələbə YENİLƏNİB

01.08.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev növbəti dəfə UFC oktaqonuna çıxıb.

Apasport.az xəbər verir ki, 36 yaşlı idmançı bu gün Serbiyanın paytaxtı Belqradda keçirilən UFC Fight Night turnirində slovakiyalı Ludovit Kleinlə qarşılaşıb.

Yüngül çəki dərəcəsində baş tutan döyüş gecənin ilkin kartında yer alıb.

Təmsilçimiz qarşılaşmadan qalib ayrılıb.

“UFC Belgrade” adı ilə keçirilən turnirin əsas döyüşündə serbiyalı Uroş Mediçlə amerikalı Daniel Rodriges üz-üzə gələcəklər. Yarış “Belgrade Arena”da təşkil olunacaq.

Qeyd edək ki, bu, Tofiq Musayevin UFC-də üçüncü döyüşü olacaq. O, 2025-ci ilin iyununda Bakıda keçirilən debüt qarşılaşmasında Mıktıbek Orolbaya məğlub olub. Azərbaycanlı döyüşçü son görüşündə isə 2026-cı il martın 28-də İqnasio Bahamondesi hakimlərin yekdil qərarı ilə məğlub edərək UFC-də ilk qələbəsini qazanıb.

Musayevin peşəkar MMA karyerasında 23 qələbə və 6 məğlubiyyəti var. Onun rəqibi Ludovit Klein isə 24 qələbə, 5 məğlubiyyət və 1 heç-heçəyə malikdir.

UFC: Bakı turniri 297 milyon baxış toplayıb Azərbaycan sumoçuları Avropa çempionatında dörd medal qazanıblar Tofiq Musayev: “Çəkdiyimiz əziyyət yerdə qalmayacaq” Bakıda keçirilən UFC turnirinə satılan biletlərin sayı açıqlanıb Rafael Fiziev: BMF kəməri üçün pis ad deyiləm
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью