Tofiq Musayevin çıxış edəcəyi yeni turnir bəlli olub

20.01.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Azərbaycanlı döyüşçü Tofiq Musayev "Global Fight League" ilə müqavilə imzalayıb.

Bu barədə Oxu.Az-a açıqlama verən Tofiq Musayev bildirib ki, ilk döyüşünə aprel ayında çıxacaq.

"Yeni liqa ilə müqavilə imzaladım. İlk döyüşüm aprel ayında olacaq. Müqavilə şərtlərini normalda menecerim danışır, amma böyük ehtimalla "Global Fight League" ilə müqavilə birillik müddətə imzalanıb", - deyə T.Musayev bildirib.

Anar Həsənov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью