Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanlı döyüşçü Tofiq Musayev "UFC Vegas 115" turniri çərçivəsində braziliyalı Samuel Sançeslə növbəti döyüşünü keçirə bilər.
İdman.Biz-in məlumatına görə, Musayev – Sançes qarşılaşması hazırda işlənmə mərhələsindədir və 4 aprel 2026-cı il tarixinə planlaşdırılan "UFC Vegas 115" turnirində keçirilə bilər. Döyüşün Las-Veqasda yerləşən "UFC Apex" kompleksində baş tutacağı gözlənilir.
Hazırda Tofiq Musayevin aktivində 22 qələbə və altı məğlubiyyət var. Onun "Ultimate Fighting Championship" çərçivəsindəki əvvəlki və ilk döyüşü 21 iyun 2025-ci ildə Bakıda keçirilən "UFC Fight Night" turnirində Qırğızıstandan olan Miktıbek Orolbaya qarşı birinci raundda sabmişnla məğlubiyyətlə başa çatıb.
Bununla yanaşı, UFC-dən kənarda azərbaycanlı döyüşçünün kifayət qədər zəngin döyüş yolu mövcuddur. Belə ki, o, 2019-cu ildə "Rizin Grand Prix" turnirinin qalibi olub.
Samuel Sançes isə 11 qələbə və 1 məğlubiyyətlik göstərici ilə çıxış edir. Braziliyalı döyüşçü UFC ilə müqaviləni 2025-ci ilin sentyabrında "Dana White’s Contender Series" şousunda vaxtından əvvəl qələbə qazandıqdan sonra əldə edib. Azərbaycanlı idmançı ilə mümkün qarşılaşma Sançes üçün Amerika promouşnunun əsas turnirlərində ilk döyüş ola bilər.