Tofiq Musayevin UFC də növbəti döyüşü və rəqibi bəlli oldu

04.06.2026

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyanın ən nüfuzlu MMA təşkilatı olan UFC, azərbaycanlı idmansevərlərin böyük maraqla gözlədiyi qarşılaşmanı rəsmən elan edib.

Fanat.Az xəbər verir ki, yüngül çəkidə çıxış edən təmsilçimiz Tofiq Musayev növbəti sınağına Belqradda çıxacaq.

Avqustun 1-i Serbiyada keçiriləcək "UFC Fight Night" turnirində idmançımızın rəqibi Slovakiya təmsilçisi Ludovit Klayn olacaq.

Hazırda hazırlıq mərhələsində olan idmançımızın bu gərgin mübarizəsində ölkəmizi layiqincə təmsil edəcəyi gözlənilir.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью