Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Tofiq Musayevin UFC-də keçirəcəyi növbəti döyüşün vaxtı açıqlanıb.
"Footbaıll-plus.az" xəbər verir ki, 35 yaşlı idmançı oktyabrın 5-də ABŞ-nin Las-Veqas şəhərində oktaqonda çıxacaq. Yüngül çəkidə çıxış edən Musayevin rəqibi hələlik məlum deyil. Tofiq UFC-dəki ikinci döyüşünə daha ciddi hazırlaşacağını söyləyib:
"Döyüşə hazırlıq məqsədilə 2-3 təlim-məşq toplanışı keçəcəyik. Fiziki məşqlərimiz Bakıda olacaq. Daha sonra Amerikaya getmək istəyirik. Hələlik plan belədi. Rəqib bəlli olandan sonra hazırlıq prosesi ilə bağlı detallar bir qədər də dəqiqləşəcək".
Onun UFC rəhbərliyi ilə 4 döyüşlük müqaviləsi var.