Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı | Icma.az
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır. Hazırda həbsdə olan Milli Şuranın üzvü Tofiq Yaqubludan xəbər var.
"Unikal"ın əldə etdiyi məlumata görə, T.Yaqublu aclıq aksiyasını dayandırıb. Qeyd edək ki, o, 40 gündür aclıq aksiyası keçirirdi.
Səhhəti pisləşdiyinə görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmüşdü.
Xatırladaq ki, Tofiq Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 9 il müddətinə azadlıqdan məhrum edilib.
Murad İbrahimli Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu