Togg bomba kimi partladı (Video)

08.10.2026

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Türkiyənin Kayseri şəhərinin Melikgazi rayonunda elektrikli avtomobillər üçün nəzərdə tutulan şarj məntəqəsində park edilmiş "Togg T10X" markalı avtomobil qəfil yanıb.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, naməlum səbəbdən başlayan yanğın qısa müddətdə güclənərək avtomobili tamamilə bürüyüb. Nəticədə "Togg T10X" istifadəyə yararsız vəziyyətə düşüb.

Hadisə zamanı avtomobilin yanması və tamamilə yararsız hala gəlməsi təhlükəsizlik kamerası tərəfindən anbaan qeydə alınıb.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью