Togg un 2025 model qiymətləri açıqlandı

19.01.2025

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin avtomobil layihəsi Togg-un 2025-ci il model avtomobillərinin qiymətləri elan edilib. Yeni ildə qiymətlər artırılmayıb və təqdim edilən kredit imkanları diqqət çəkib.

Türkiyənin elektrikli avtomobili Togg T10X, 2025-ci ilə qiymətlərdə artım olmadan başlayıb. Yanvar ayı ərzində T10X V2 modeli üçün 0%-lik faizli kredit və uyğun ödəniş şərtləri təklif edilir.

2024-cü ildə 30,093 istifadəçiyə təhvil verilən T10X modelinin qiymətləri 2025-ci ildə də dəyişməz olaraq saxlanılıb. Yanvar ayı boyunca təqdim edilən ödəniş imkanları və kredit fürsətləri alıcıların diqqətini çəkir.

Kampaniya çərçivəsində T10X V2 modeli üçün təklif olunan kredit seçimləri:

500 min TL kredit: 12 ay müddətinə 0%-lik faizlə və ya 30 ay müddətinə 2,29%-lik faizlə.
650 min TL kredit: 12 ay müddətinə 0,99%-lik faizlə və ya 30 ay müddətinə 2,69%-lik faizlə.
Bu şərtlər xüsusilə yüksək faiz dövrlərində istifadəçilər üçün böyük üstünlük təşkil edir.

Tamamilə elektrikli olan Togg T10X, Türkiyədə mobillik dönüşümünün ilki kimi seçilir.
2025-ci ilə aid xüsusi kampaniyalarla daha çox istifadəçiyə çatmağı hədəfləyən Togg, ekoloji cəhətdən dost və texnoloji avtomobilləri ilə bazarda mövqeyini gücləndirir.

Togg-un sabit qiymət siyasəti və cazibədar ödəniş imkanları elektrikli avtomobil almağı düşünən müştərilər üçün cəlbedici alternativ yaradır.
Lalə Qüdrətova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью