Toğrul Əsgərov Stadnik haqda: O anların sayı hesabı yoxdur

03.02.2025

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Mariya Stadnikə təşəkkür edirəm".

Bunu apasport.az-a açıqlamasında güləş üzrə qadınlardan ibarət Azərbaycan millisinin böyük məşqçisi Toğrul Əsgərov deyib. 

Əsgərov Mariya Stadnik barəsində bunları söyləyib: 

"Azərbaycan idmanına qazandırdığı medallar üçün çox sağ olsun. Bayrağımızı dəfələrlə yüksəklərə qaldırıb. Bu anların sayı-hesabı yoxdur. Himnimizin dəfələrlə beynəlxalq arenalarda səsləndirilməsinə səbəb olub. Bütün bu xatirələrə görə, ona təşəkkür edirəm. İnşallah, yeniyetmə, gənc qızlarımız da onun yolundan davam edər və onun kimi güclü, potensiallı idmançılar olarlar" .

Qeyd edək ki, Azərbaycan idmanının 5 qat Olimpiada iştirakçısı, 4 qat Olimpiya medalçısı, 2 qat dünya və 10 qat Avropa çempionu, Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının 2 qat qalibi olan Mariya Stadnik idmançı kimi fəaliyyətini başa vurub.

Nərmin Vüqarqızı

Sərbəst güləşçilərimizdən 3 medal Güləş seminarı Qubada İki güləşçimizdən medal Güləşçimiz Çində kəmər qazanıb Ümumrespublika seminarı Şirvan şəhərində
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью