525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gənclər və İdman Nazirliyinin təşəbbüsü və təsisçiliyi ilə keçirilən “İlin Gənci” mükafatlandırma mərasimi 2026-cı il üçün “Gənclər Paytaxtı” elan olunmuş Goranboy şəhərində baş tutub.
525.az xəbər verir ki, tədbir “Gənclər Paytaxtı” layihəsinin rəsmi açılışı çərçivəsində təşkil edilib.
Gənclər və İdman Nazirliyinin təsis etdiyi “İlin Gənci” mükafatları gənclər siyasətinin həyata keçirilməsində fəallığı və nümunəvi fəaliyyəti ilə seçilən gənclərə təqdim olunub.
Mükafata layiq görülənlər sırasında Toğrul Qasımov da yer alıb. O, mədəniyyət və incəsənət sahəsində həyata keçirdiyi layihələr, gənclərin yaradıcılıq potensialının inkişafına verdiyi töhfələr və aktiv ictimai fəaliyyəti ilə seçilərək Gənclər və İdman Nazirliyi tərəfindən “İlin Gənci” mükafatı ilə təltif olunub.
ŞAHANƏ