Toğrul Rəhimbəyli: Fondun investisiya siyasətinin bölgüsündə istiqrazlar 40% paya sahib olacaq

06.03.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"ARDF-nin uzun müddətli investisiya strategiyasına uyğun olaraq portfelin diversfikasiyasının və gəlirlilik potensialının artırılması məqsədilə səhm və daşınmaz əmlak aktivlərinin çəkiləri artırılıb".

Oxu.Az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Dövlət Neft Fondunun ARDNF "Media Dialoqu: 2024-cü ilin investisiya yekunları və 2025-ci ilin perspektivləri" adlı tədbirində Risklərin idarəedilməsi departamentinin Aktivlərin bölgüsü, risk və gəlirliliyi şöbəsinin müdiri Toğrul Rəhimbəyli deyib.

O bildirib ki, bu ildən fondun valyuta bölgüsündə ABŞ dollarının və qızıl, avro, ingilis funtunun minimum 85%, digər valyutaların isə 15% paya sahib olması planlaşdırılır:

"Fondun investisiya siyasətinin aktiv bölgüsündə istiqrazlar 40%, səhmlər 25%, daşınmaz əmlak və infrastruktur 10%, qızıl 25% paya sahib olacaq".

Məhərrəm Əliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью