Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İşində yol verdiyi nöqsanlara görə şiddətli töhmət alan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev regional idarələrdə kadr təyinatı aparıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Quliyev Təyyar Səlahəddin oğlu İsmayıllı Regional Turizm İdarəsinə rəis təyin edilib.
Məlikov Şahin Abid oğlu Şəki Regional Turizm İdarəsinə, Cabarov Samir Bakir oğlu Quba Regional Turizm İdarəsinə rəhbərlik edəcək.
Bir neçə ay əvvəl Dövlət Turizm Agentliyinin Mingəçevir Regional Turizm İdarəsinin rəisi Qarayev Fariz Rasim oğlu vəzifəsindən azad edilərək, Gəncə Regional Turizm İdarəsinin rəisi vəzifəsinə gətirilmişdi.
Kərimov Tural Adil oğlu isə Mingəçevir Regional Turizm İdarəsinin rəisi təyin edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Quliyev Təyyar Səlahəddin oğlu İsmayıllı Regional Turizm İdarəsinə rəis təyin edilib.