Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Naxçıvan Muxtar Respunlikasının Şərur rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 17-də axşam saatlarında Çərçiboğan kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan 72-BF-461 dövlət nömrə nişanlı “Hyundai” markalı, 72-BF-429 dövlət nömrə nişanlı “Naz Lifan” markalı və 72-BB-518 dövlət nömrə nişanlı “Ravon Nexia” markalı avtomobillər toqquşub. Vurulan “Ravon” yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində hər üç nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Yüngül xəsarət alanların olduğu bildirilir.
Qeyd edək ki, əraziyə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin