Tokayev ABŞ Rusiya danışıqlarını alqışlayıb | Icma.az
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya və ABŞ prezidentləri Vladimir Putin və
Bu barədə Qazaxıstan prezidentinin müşaviri və mətbuat katibi Ruslan Jeldibay özünün Teleqram kanalında məlumat verib.
“Dövlətimizin başçısı hesab edir ki, iki ölkənin liderləri Avrasiyanın təhlükəsizliyini təmin etmək üçün son dərəcə zəruri olan konkret razılaşmalar əsasında uzunmüddətli sülhə nail olmaq arzusunu nümayiş etdiriblər”.
Bundan əvvəl Qazaxıstan prezidenti bütün aidiyyəti dövlətləri “sülh formulu”nun hazırlanması məqsədi ilə Ukrayna üzrə danışıqlar prosesinə başlamağa çağırıb və BRİKS sammitində Çin və Braziliyanın sülh planını dəstəkləyib.
Çərşənbə axşamı, martın 18-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub, liderlər “Ukrayna ətrafındakı vəziyyətlə bağlı ətraflı və səmimi fikir mübadiləsini davam etdiriblər”.
P.ƏMİRCANOVXQ Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu